Epilepsiya

                                          Epilepsiya (porulyar)

Epilepsiya, müxtəlif səbəblərdən, qəflətən baş verən, təkrarlayıcı tutmalarla keçən, özünə məxsus şəxsiyyət dəyişməsinə səbəb olan, xronik beyin xəstəliyidir.
      Dünyda milyonlarla adamı əhatə edən bu xəstəlik, ailələrdə xüsusən ilk zamanlar çox ürkütücü və qayğılandırıcı təsir yaradır, uzun müddətli və bahalı müalicə tələb edir. Xəstələrin tez tez qəza və travmalara uğramasına, yaddaş və becərilərinin azalmasına, anksyete (həddən çox həyəcan), depressiya (əhval ruhiyənin aşağı olması), sosyal təcrid olma kimi psixososyal problemlərə məruz qalmasına səbəb olur. Bütün bunlara görə epilepsiya insanların normal yaşamına çox mənfi təsir göstərən ciddi tibbi sosyal problemdir.
Yaxşı statistika aparılan inkişaf etmiş ölkələrdə hər 10 000 nəfərdən 6-sı eplipsiya ilə xəstələnir. Bu xəstəlik uşaqlarda xüsusən erkən yaşlarda daha sıx görünür, yaş artdıqca sıxlıq azalar, ancaq 60 yaşdan sonra xəstələrin nisbi sayı yenə artır.  
Ümumiyyətlə epilepsiyanın başlıca  səbəbi fərdi, irsi və konstitusional olaraq xəstənin beyin toxumasında qıcolmaya meyilliyin yüksək olmasıdır. Belə olduqda zərərli amillər başqalarına nisbətən xəstəliyə namizədin beyninə daha tez təsir edir və tutmaların asanlıqla yayılmasına şərait yaradır. Patoloji təsirlərdən qıcıqlanan neyronlarda hipersinxron elektrik boşalmaları yaranır ki, bu da klinik olaraq tutma kimi özünü göstərir.
Konkret səbəblərə görə isə, epilepsiya simptomatik, kriptogen və idiopatik olur. 
     Simptomatik epilepsiya, perinatal patologiyalar (doğum önü, doğuş zamanı və doğum sonrası dövrlərdə zədələnmələr) yaxud sonradan alınan kəllə beyin  travmaları, beynin  infeksiyon, şiş, damar və s. kimi xəstəlikləri ilə əlaqəli olaraq sindrom (xəstəliyin əlamətləri) kimi ortaya çıxar.  
     Kriptogen epilepsiya, müəyyən  səbəbin olmasına şübhə edildiyi, ancaq bütün mümkün müayinələr aparılmadığından təsir edici amilin müəyyən edilmədiyi hallar.
      İdiopatik epilepsiya, xəstəliyin səbəbinin bilinmədiyi hallardır .
Sadələşdirilmiş şəkildə izah etsək, tutmalar fokal və yayılmış olur.
Fokal tutma baş beynin bir qrup  neyronlarında ildırım çaxmasına bənzər elektriksəl boşalma nəticəsində həmin neyronların funksiyasına uyğun tutmaların əmələ gəlməsidir. O, əsasən qabıqaltı törəmələrdəki patoloji ocaqdan başlar və məhdud sahəyə yayılar. Bir çox halda patoloji ocağın yeri, xüsusən EEQ-nin köməkliyi ilə müəyyən edilər.
         Fokal tutmalar sadə və kompleks olur.
     Sadə fokal tutma, az sayda neyron qrupunu əhatə etdiyindən, əsasən
     bir əlamətdən (motor, hissi və ya psixiki) ibarət olar, adətən qısa sürər və xəstə huşunu itirməz.
     Kompleks fokal tutma  isə əhatə etdiyi neyron sayına uyğun daha çox simptomun  kombinasiyasından ibarət olur, daha uzun sürər və xəstə huşunu qismən itirər. Əgər oyanma yayılaraq beynin hər iki yarımkürəsini əhatə edərsə xəstə huşunu tamamən itirər.
Yayılmış tutma ani başlayan, hər iki yarımkürəni tutan elektriksəl boşalma hesabına huşun itməsi ilə xarakterizə olur. Absans, atipik absans və yayılmış tonik klonik növlərin var.
              Absans ruhi və hərəki aktivliyin ani itməsi və çox qısa zamanda da bərpa olmasıdır. Tutma zamanı xəstə nə olduğunu bilmir, ətrafındakı adam bir anlığa “donduğunu” hiss edir, tutma keçdikdən sonra heç nə olmamış kimi işini davam edir. Bu zaman xəstədə tutma sonrası keylik və yorğunluq olmaz, EEQ-də tipik dalğa kompleksi qeyd edilər.
             Atipik absans uyğunsuz, avtomatik, qarışıq, anlamsız hərəkətlərlə başlar, dərk etmə pozulsa da ətrafında olub bitənlərdən az da olsa xəbəri olur, absansdakı kimi ani bitməz.
             Yayılmış tonik klonik tutma,  epilepsiya dedikdə əksəriyyətin yalnız bu formanı başa düşdüyü, faciəli gedişli, "tipik" tutma formasıdır. Tutma qəflətən bütün əzlələrin kəskin tonik spazmı ilə  başlar, xəstə tir tap yıxılar. Ttənəffüs əzələləri kəskin yığıldığı üçün xəstə sanki qışqırar, boyun və bədən bir tərəfə əyilər, ətraflar bədənə sıxılar, göz almaları başın əyildiyi tərəfə arxaya yuvarlanaraq göz qapaqları arxasına girər, tənəffüs dayandığından xəstənin rəngi sianozlaşar. Təxminən 30 saniyə sürən bu tonik faza klonik faza ilə əvəzlənər: əzələlərdə boşalma və kasılma (təqəllüs) hesabına ritmik titrəmələr yaranır. Getdikcə əzələlərdə kasılma müddəti azalır, boşalma müddəti uzanır, titrəmələr seyrəkləşərək qurtarır. Tutma zamanı xəstə yıxılaraq travma ala bilər, dilini və yanağını dişləyə bilər, sidik və nəcis ifraz edə bilər. Umumilkdə tutma 1-3 dəq. sürər, əksər hallarda süur itmiş olur, xəstələr yuxular, ayılanda əzgin və yorğun olarlar.
Epileptik status, bir epileptik tutma bitməmiş digərinin başlması halıdır, xəstənin həyatı üçün çox təhlükəlidir, təcili tibbi yardım tələb edir.
Epilepsiyanın diaqnozu dəqiq və ətraflı anamnezlə başlar. Ailə və irsi anamnez, tutmanın təsviri, keçirilən tarvma və xəstəliklər, aprılan müalicə və onun effektliyi öyrənilməlidir. Xəstə umumi və nevroloji müayinədən sonra əlavə olaraq EEQ, KT, MRG edilməlidir. Yüksək atəş, alkqol və başqa keçici səbəblərdən yaranan tutmalar həmçinin təkrarlanmayan tek bir tutma, epilepsiya deyildir. 
EEQ beynin elektriksəl aktivliyinin kəlləyə xaricdən yapışdırılmış elektrodlar vasitəsi ilə xüsusi elektroensefalograf deyilən həssas aparatla kağız lentə və ya bilgisayar ekranına yansımasıdır. EEQ müayinəsində epilepsiya ilə xəstə olanların 45 % -ndə tutmanın xatakterinə uyğun əlamətlər müəyyən edilir. Buna görə EEQ-də uyğun əlamət müəyyən edildikdə epilepsiyanın olduğunu təsdiq edər. Amma, EEQ-də əlamətin olmaması epilepsiyanın olmaması demək deyildir.
Epileptik tutmalar bir birindən və tutma tipli gedən başqa xəstəliklərdən ayrılmaldır. Epilepsiya tutmalarına bənzəyən histeriya tutması kənardan dramatik görünsə də epilepsiya qədər təhlükəli deyil. Histeriya tutması, əksər hallarda xəstə qarşısında olan çətinlikdən qorunma və ya istəyini həyata keçirmə kimi bir məqsəd güdər, tutma zamanı xəstə tir tap deyil “yumşaq” yıxılar, tutma epilepsiyaya hisbətən uzun sürər, hərəkətlər epilepsiyadakı kimi sterotip (bir birinə bənzəyən ritmik hərəkələr) olmaz, yəni histerik tutma zamanı xəstə döşəmədə müxtəlif qarmaqarışıq hərəkətlə edə bilir, arxaya qanrılaraq “histerik körpü” yaradar, inildər, bəziləri saçını yolar və ya ətrafı yumruqlar. Xəstələr heç vaxt şüurlarını itirməz (hərçənd ki, bunu bir çox xəstə şüurunu itirdiyini söylər), həkim xəstəni müayinə edərkən xəstənin hərəkətlərindəki məqsədyönlü iradiliyi və müqaviməti hiss edər. Göz müayinəsində epilepsiyadan fərqli olaraq göz qapaqlarında müqavimət hiss edilir, bəbəklər genişlənməz və işığa qarşı reaksiya normal olar.
Düzgün müalicə üçün diaqnozun dəqiq olması böyük şərtdir. Hətta epilepsiyanın bəzi xoşxassəli növləri müalicəsiz sağalır. Mütəxəssis olmayan və ya mövzunu tam bilməyənlər tərəfindən təyin edilən yanlış müalicə nəticəsində xəstəlik ağırlaşa bilər. Ona görə bu gün bu xəstəlik üzrə nüfuzlu beynəlxalq təşkilat olan Dünya Epilepsiya ilə Mübarizə Liqasının müəyyən etdiyi alqoritm üzrə müalicə aparılmalıdır. Yəni, antiepileptik dərmanlar epilepsiyanın formasına, tutmanın növünə görə təyin edilməli, xəstənin fərdi xüsusiyyətləri, dərmana qarşı reaksiyası nəzərə alınaraq xüsusi sxemlər üzrə, tək dərmanla az dozadan başlayıb effekt alınanadək artırılmalı, müalicə ara vermədən uzun müddət davam etdirilməli, dərmanlar tutmasız 2-3 ildən sonra tədricən azaldılmalı və kəsilməlidir.
Epilepsiya tutmalarının səmərəli müalicəsində ilk tibbi yardımın əhəmiyyəti çoxdur. Xüsusən yayılmış tonik klonik tutmalar faciəli dedişə malikdir və kənardan müşahidə edənlərdə dəhşət yaradır. Ancaq bilmək lazımdır ki, tutmalar zamanı vəziyyət nə qədər vahim görünsə də, xəstənin həyatı üçün sanıldığı qədər təhlükəli deyil. Yüksək səviyyəli beynəlxalq araşdırmalar göstərmişdir ki, tutma zamanı tutma hesabına ölən olmamışdır. Ancaq, tutmalar zamanı xəstə huşunu itirdiyindən hər cür təhlükəyə faktura çıxarda bilər. Məhz bu səbəblərdən ilk tibbi yardımın doğru dürüst olması çox vacibdir. Təəssüf doğuran haldır ki, bu gün əhali, hətta həkimlər arasında məsələyə yanlış münasibət, burdan doğan səhv uyqulama mövcuddud. Hər hansı tutma zamanı “xəstənin dili qatlanıb xəstəni boğacaq” düşüncəsi ilə xəstənin ağzını zorla müxtəlif vasitələrlə (xüsusən qaşıqla) açmağa çalışırlar. Halbuki, heç bir halda dilin kasılaraq geri qayıdıb xəstəni boğa bilməsi mümkün deyil, xəstənin tənəffüs pozğunluğu və xəstədəki boğulma əlamətləri (sianoz kimi) tənəffüs əzələlərinin spazmı hesabınadır. Dilin boğulmaya səbəb ola bilməsi kimi yanlış düşüncə isə tutmadan sonrakı dövrdə dərin patoloji yuxuda (komada) olduğu üçün xəstə arxasıqatda olarsa, dil arxaya axaraq tənəffüsü çətinləşdirə bilər, arxası qatda yuxulayan adamda yaranan xorultuda olduğu kimi. Digər yandan spazm zamanı xəstənin ağzını açmaq mümükün deyil və buna ehtiyac da yoxdur. Belə yanlış müdaxilə zamanı  xəstənin ağzı,  bir çox hallarda yardım göstərmək istəyənin barmaqları  zədələnir.      
Beləliklə, epilepsiya tutmasında yardım aşağıdakı ardıcıllıqla olmalıdır:
1. Xəstəni təlaşa qapılmadan rahat bir yerə (kəsici, iti, yandırıcı, boğulma təhlükəsi yarada biləcək nəsnələrdən uzaqda olan) uzatmalı, başının altına yumşaq bir şey qoymali, bədənini xüsusən boğazını sıxan geyimləri boşaltmalı.
2. Xəstənin ətraflarını zədələnməkdən qorumağa çalışmaqla bərabər onları  bərk sıxmaq və ya tutmaqla hərəkətlərinə mane olmamalı. Əgər, xəstə və ya ətrafdakılar tutmanı başlanmasını əvvəlcədən bilərlərsə (Məs.: tutma aura ilə müşayət edəndə) dilini dişləməsinin qarşısını almaq üçün dişləri arasına rezin yastıqcık və ya bir neçə qat bint, parça yerləşdirmək olar. Bəzi tutma fotmalarında xəstəyə xüsusi kaska taxılır.
3. Tutmanın müddətini müəyyən etmək üçün tutmanın başladığını hiss etdiyiniz andan tutma qurtarana qədər beyninizdə saymaqla tutmanın müddəti və gedişini yadda saxlayıb, müalicə həkiminə məlumat verin.
4. Tutma qurtaranda hipersalivasiya nəticəsində əmələ gələn çoxlu ağız suyu, dilin və yanağın dişləməsi nəticəsində ağıza axm qan, həmçinin qusuntu kütləsi dillə birlikdə arxaya axıb xəstəni boğmasın deyə, onu böyrü üstə çevirərək başı yastıqdan bir qədər aşağı vəziyyətə gətirilir ki, mayelər bayıra axsın , dil önə gəlsin. Ehtiyatla bint və ya təmiz parça ilə ağız təmizlənə bilər.
5. Bir çox hallarda yatmasın deyə xəstənin üzünə su çilənər, xəstə tez tez silkələnər, bunlar səhvdir. Tam tərsinə tutmadan sonra xəstənin yatmasına şərait yaradılmalıdır.
6. Xəstə oyandıqdan sonra yoxlanmalı (sınıq, çıxıq, əzilmə və c. ola bilər), onun təmiziyinə (qusuntu kütləsi, sidik, nəcis ola bilə) fikir verilməli.
7. Çox zaman xəstəyə tibbi yardım etmək adına tutma xüsusən də tutmadan sonrakı dövrdə xəstəyə müxtəlif dərmanlar (xüsusən diazepam iynəsi) vurular. Bilmək lazımdır ki, tutma (beyində eletriksəl boşalma) başlayandan sonra prosesi geri qaytarmaq mümkün deyil, oysa bu cür “müalicələrin” də effekti yoxdur, tibb xidmətinin məqsədi tutmanın qarşısını almağa yönəməlidir.
8. Əgər xəstə epileptik komadadırsa (dərin patoloji yuxu) və ya diaqnozda şübhə varsa xəstə təcili nevropatoloqla məsləhətləşdirilərək reanimasiya şöbəsinə yerləşdirilməlidir. Mümkün qədər müalicə həkiminin fikri alınmalıdır.
Epilepsiyaya tutulan xəstə və xüsusən yaxınları tutmalarla əlaqəli ətraflı, ardıcıl olaraq maarifləndirilməlidirlər.
Epilepsiyanın erkən və düzgen müalicəsi xəstənin yaşama və yaratma qabiliyyəti üzərində xəstəliyin mənfi təsirini azaldır. Əgər xəstələr müasir elmi tələblərə cavab verən səviyyədə müalicə alsalar xəstələrin yarısından çoxunda  sağalma və yaxşılaşma olur, əksəriyyətində tutmaların ağırlığı və tezliyi azalır. Tutmalar nə qədər sıx olarsa müxtəlif fəsadlar, nevroloji və psixiki pozğunluklar da o qədər çox əmələ gəlir. 
                                        

Epilepsiya (Tibblə maraqlananlar üçün)
        
Epilepsiya, müxtəlif səbəblərdən, qəflətən baş verən, təkrarlayıcı tutmalarla keçən, özünə məxsus şəxsiyyət dəyişməsinə səbəb olan, xronik beyin xəstəliyidir.
Dünyda milyonlarla adamı əhatə edən bu xəstəlik, ailələrdə xüsusən ilk zamanlar çox ürkütücü və qayğılandırıcı təsir yaradır, uzun müddətli
və bahalı müalicə tələb edir. Xəstələrin tez tez qəza və travmalara uğramasına, yaddaş və becərilərinin azalmasına, anksyete (həddən çox həyəcan), depressiya (əhval ruhiyənin aşağı olması), sosyal təcrid olma kimi psixososyal problemlərə məruz qalmasına səbəb olur. Bütün bunlara görə epilepsiya insanların normal yaşamına çox mənfi təsir göstərən ciddi tibbi sosyal problemdir.
Yaxşı statistika aparılan inkişaf etmiş ölkələrdə hər 10 000 nəfərdən 6-sı eplipsiya ilə xəstələnir. Bu xəstəlik uşaqlarda xüsusən erkən yaşlarda daha sıx görünür, yaş artdıqca sıxlıq azalar, ancaq 60 yaşdan sonra xəstələrin nisbi sayı yenə artır.
Ümumiyyətlə epilepsiyanın başlıca səbəbi fərdi, irsi və konstitusional olaraq xəstənin beyin toxumasında qıcolmaya meyilliyin yüksək olmasıdır. Belə olduqda zərərli amillər başqalarına nisbətən xəstəliyə namizədin beyninə daha tez təsir edir və tutmaların asanlıqla yayılmasına şərait yaradır. Patoloji təsirlərdən qıcıqlanan neyronlarda hipersinxron elektrik boşalmaları yaranır ki, bu da klinik olaraq tutma kimi özünü göstərir.
Konkret səbəblərə görə isə, epilepsiya simptomatik, kriptogen və idiopatik olur.
Simptomatik epilepsiya, perinatal patologiyalar (doğum önü, doğuş zamanı və doğum sonrası dövrlərdə zədələnmələr) yaxud sonradan alınan kəllə beyin travmaları, beynin infeksiyon, şiş, damar və s. kimi xəstəlikləri ilə əlaqəli olaraq sindrom (xəstəliyin əlamətləri) kimi ortaya çıxar.
Kriptogen epilepsiya, müəyyən səbəbin olmasına şübhə edildiyi, ancaq bütün mümkün müayinələr aparılmadığından təsir edici amilin müəyyən edilmədiyi hallar.
İdiopatik epilepsiya, xəstəliyin səbəbinin bilinmədiyi hallardır .
Sadələşdirilmiş şəkildə izah etsək, tutmalar fokal və yayılmış olur.
Fokal tutma baş beynin bir qrup neyronlarında ildırım çaxmasına bənzər elektriksəl boşalma nəticəsində həmin neyronların funksiyasına uyğun tutmaların əmələ gəlməsidir. O, əsasən qabıqaltı törəmələrdəki patoloji ocaqdan başlar və məhdud sahəyə yayılar. Bir çox halda patoloji ocağın yeri, xüsusən EEQ-nin köməkliyi ilə müəyyən edilər.
Fokal tutmalar sadə və kompleks olur.
Sadə fokal tutma, az sayda neyron qrupunu əhatə etdiyindən, əsasən
bir əlamətdən (motor, hissi və ya psixiki) ibarət olar, adətən qısa sürər və xəstə huşunu itirməz.
Kompleks fokal tutma isə əhatə etdiyi neyron sayına uyğun daha çox simptomun kombinasiyasından ibarət olur, daha uzun sürər və xəstə huşunu qismən itirər. Əgər oyanma yayılaraq beynin hər iki yarımkürəsini əhatə edərsə xəstə huşunu tamamən itirər. 
Yayılmış tutma ani başlayan, hər iki yarımkürəni tutan elektriksəl boşalma hesabına huşun itməsi ilə xarakterizə olur. Absans, atipik absans
və yayılmış tonik klonik növlərin var.
Absans ruhi və hərəki aktivliyin ani itməsi və çox qısa zamanda da bərpa olmasıdır. Tutma zamanı xəstə nə olduğunu bilmir, ətrafındakı adam bir anlığa “donduğunu” hiss edir, tutma keçdikdən sonra heç nə olmamış kimi işini davam edir. Bu zaman xəstədə tutma sonrası keylik və yorğunluq olmaz, EEQ-də tipik dalğa kompleksi qeyd edilər.
Atipik absans uyğunsuz, avtomatik, qarışıq, anlamsız hərəkətlərlə başlar, dərk etmə pozulsa da ətrafında olub bitənlərdən az da olsa xəbəri olur, absansdakı kimi ani bitməz. 
Yayılmış tonik klonik tutma, epilepsiya dedikdə əksəriyyətin yalnız bu formanı başa düşdüyü, faciəli gedişli, "tipik" tutma formasıdır. Tutma qəflətən bütün əzlələrin kəskin tonik spazmı ilə başlar, xəstə tir tap yıxılar. Ttənəffüs əzələləri kəskin yığıldığı üçün xəstə sanki qışqırar, boyun və bədən bir tərəfə əyilər, ətraflar bədənə sıxılar, göz almaları başın əyildiyi tərəfə arxaya yuvarlanaraq göz qapaqları arxasına girər, tənəffüs dayandığından xəstənin rəngi sianozlaşar. Təxminən 30 saniyə sürən bu tonik faza klonik faza ilə əvəzlənər: əzələlərdə boşalma və kasılma (təqəllüs) hesabına ritmik titrəmələr yaranır. Getdikcə əzələlərdə kasılma müddəti azalır, boşalma müddəti uzanır, titrəmələr seyrəkləşərək qurtarır. Tutma zamanı xəstə yıxılaraq travma ala bilər, dilini və yanağını dişləyə bilər, sidik və nəcis ifraz edə bilər. Umumilkdə tutma 1-3 dəq. sürər, əksər hallarda süur itmiş olur, xəstələr yuxular, ayılanda əzgin və yorğun olarlar.
Epileptik status, bir epileptik tutma bitməmiş digərinin başlması halıdır, xəstənin həyatı üçün çox təhlükəlidir, təcili tibbi yardım tələb edir.
Epilepsiyanın diaqnozu dəqiq və ətraflı anamnezlə başlar. Ailə və irsi anamnez, tutmanın təsviri, keçirilən tarvma və xəstəliklər, aprılan müalicə və onun effektliyi öyrənilməlidir. Xəstə umumi və nevroloji müayinədən sonra əlavə olaraq EEQ, KT, MRG edilməlidir. Yüksək atəş, alkqol və başqa keçici səbəblərdən yaranan tutmalar həmçinin təkrarlanmayan tek bir tutma, epilepsiya deyildir.
EEQ beynin elektriksəl aktivliyinin kəlləyə xaricdən yapışdırılmış elektrodlar vasitəsi ilə xüsusi elektroensefalograf deyilən həssas aparatla kağız lentə və ya bilgisayar ekranına yansımasıdır. EEQ müayinəsində epilepsiya ilə xəstə olanların 45 % -ndə tutmanın xatakterinə uyğun əlamətlər müəyyən edilir. Buna görə EEQ-də uyğun əlamət müəyyən edildikdə epilepsiyanın olduğunu təsdiq edər. Amma, EEQ-də əlamətin olmaması epilepsiyanın olmaması demək deyildir.
Epileptik tutmalar bir birindən və tutma tipli gedən başqa xəstəliklərdən ayrılmaldır. Epilepsiya tutmalarına bənzəyən histeriya tutması kənardan dramatik görünsə də epilepsiya qədər təhlükəli deyil. Histeriya tutması, əksər hallarda xəstə qarşısında olan çətinlikdən qorunma və ya istəyini həyata keçirmə kimi bir məqsəd güdər, tutma zamanı xəstə tir tap deyil “yumşaq” yıxılar, tutma epilepsiyaya hisbətən uzun sürər, hərəkətlər epilepsiyadakı kimi sterotip (bir birinə bənzəyən ritmik hərəkələr) olmaz, yəni histerik tutma zamanı xəstə döşəmədə müxtəlif qarmaqarışıq hərəkətlə edə bilir, arxaya qanrılaraq “histerik körpü” yaradar, inildər, bəziləri saçını yolar və ya ətrafı yumruqlar. Xəstələr heç vaxt şüurlarını itirməz (hərçənd ki, bunu bir çox xəstə şüurunu itirdiyini söylər), həkim xəstəni müayinə edərkən xəstənin hərəkətlərindəki məqsədyönlü iradiliyi və müqaviməti hiss edər. Göz müayinəsində epilepsiyadan fərqli olaraq göz qapaqlarında müqavimət hiss edilir, bəbəklər genişlənməz və işığa qarşı reaksiya normal olar.
Düzgün müalicə üçün diaqnozun dəqiq olması böyük şərtdir. Hətta epilepsiyanın bəzi xoşxassəli növləri müalicəsiz sağalır. Mütəxəssis olmayan və ya mövzunu tam bilməyənlər tərəfindən təyin edilən yanlış müalicə nəticəsində xəstəlik ağırlaşa bilər. Ona görə bu gün bu xəstəlik üzrə nüfuzlu beynəlxalq təşkilat olan Dünya Epilepsiya ilə Mübarizə Liqasının müəyyən etdiyi alqoritm üzrə müalicə aparılmalıdır. Yəni, antiepileptik dərmanlar epilepsiyanın formasına, tutmanın növünə görə təyin edilməli, xəstənin fərdi xüsusiyyətləri, dərmana qarşı reaksiyası nəzərə alınaraq xüsusi sxemlər üzrə, tək dərmanla az dozadan başlayıb effekt alınanadək artırılmalı, müalicə ara vermədən uzun müddət davam etdirilməli, dərmanlar tutmasız 2-3 ildən sonra tədricən azaldılmalı və kəsilməlidir.
Epilepsiya tutmalarının səmərəli müalicəsində ilk tibbi yardımın əhəmiyyəti çoxdur. Xüsusən yayılmış tonik klonik tutmalar faciəli dedişə malikdir və kənardan müşahidə edənlərdə dəhşət yaradır. Ancaq bilmək lazımdır ki, tutmalar zamanı vəziyyət nə qədər vahim görünsə də, xəstənin həyatı üçün sanıldığı qədər təhlükəli deyil. Yüksək səviyyəli beynəlxalq araşdırmalar göstərmişdir ki, tutma zamanı tutma hesabına ölən olmamışdır. Ancaq, tutmalar zamanı xəstə huşunu itirdiyindən hər cür təhlükəyə faktura çıxarda bilər. Məhz bu səbəblərdən ilk tibbi yardımın doğru dürüst olması çox vacibdir. Təəssüf doğuran haldır ki, bu gün əhali, hətta həkimlər arasında məsələyə yanlış münasibət, burdan doğan səhv uyqulama mövcuddud. Hər hansı tutma zamanı “xəstənin dili qatlanıb xəstəni boğacaq” düşüncəsi ilə xəstənin ağzını zorla müxtəlif vasitələrlə (xüsusən qaşıqla) açmağa çalışırlar. Halbuki, heç bir halda dilin kasılaraq geri qayıdıb xəstəni boğa bilməsi mümkün deyil, xəstənin tənəffüs pozğunluğu və xəstədəki boğulma əlamətləri (sianoz kimi) tənəffüs əzələlərinin spazmı hesabınadır. Dilin boğulmaya səbəb ola bilməsi kimi yanlış düşüncə isə tutmadan sonrakı dövrdə dərin patoloji yuxuda (komada) olduğu üçün xəstə arxasıqatda olarsa, dil arxaya axaraq tənəffüsü çətinləşdirə bilər, arxası qatda yuxulayan adamda yaranan xorultuda olduğu kimi. Digər yandan spazm zamanı xəstənin ağzını açmaq mümükün deyil və buna ehtiyac da yoxdur. Belə yanlış müdaxilə zamanı xəstənin ağzı, bir çox hallarda yardım göstərmək istəyənin barmaqları zədələnir.
Beləliklə, epilepsiya tutmasında yardım aşağıdakı ardıcıllıqla olmalıdır:
1. Xəstəni təlaşa qapılmadan rahat bir yerə (kəsici, iti, yandırıcı, boğulma təhlükəsi yarada biləcək nəsnələrdən uzaqda olan) uzatmalı, başının altına yumşaq bir şey qoymali, bədənini xüsusən boğazını sıxan geyimləri boşaltmalı.
2. Xəstənin ətraflarını zədələnməkdən qorumağa çalışmaqla bərabər onları bərk sıxmaq və ya tutmaqla hərəkətlərinə mane olmamalı. Əgər, xəstə və ya ətrafdakılar tutmanı başlanmasını əvvəlcədən bilərlərsə (Məs.: tutma aura ilə müşayət edəndə) dilini dişləməsinin qarşısını almaq üçün dişləri arasına rezin yastıqcık və ya bir neçə qat bint, parça yerləşdirmək olar. Bəzi tutma fotmalarında xəstəyə xüsusi kaska taxılır.
3. Tutmanın müddətini müəyyən etmək üçün tutmanın başladığını hiss etdiyiniz andan tutma qurtarana qədər beyninizdə saymaqla tutmanın müddəti və gedişini yadda saxlayıb, müalicə həkiminə məlumat verin.
4. Tutma qurtaranda hipersalivasiya nəticəsində əmələ gələn çoxlu ağız suyu, dilin və yanağın dişləməsi nəticəsində ağıza axm qan, həmçinin qusuntu kütləsi dillə birlikdə arxaya axıb xəstəni boğmasın deyə, onu böyrü üstə çevirərək başı yastıqdan bir qədər aşağı vəziyyətə gətirilir ki, mayelər bayıra axsın , dil önə gəlsin. Ehtiyatla bint və ya təmiz parça ilə ağız təmizlənə bilər.
5. Bir çox hallarda yatmasın deyə xəstənin üzünə su çilənər, xəstə tez tez silkələnər, bunlar səhvdir. Tam tərsinə tutmadan sonra xəstənin yatmasına şərait yaradılmalıdır.
6. Xəstə oyandıqdan sonra yoxlanmalı (sınıq, çıxıq, əzilmə və c. ola bilər), onun təmiziyinə (qusuntu kütləsi, sidik, nəcis ola bilə) fikir verilməli.
7. Çox zaman xəstəyə tibbi yardım etmək adına tutma xüsusən də tutmadan sonrakı dövrdə xəstəyə müxtəlif dərmanlar (xüsusən diazepam iynəsi) vurular. Bilmək lazımdır ki, tutma (beyində eletriksəl boşalma) başlayandan sonra prosesi geri qaytarmaq mümkün deyil, oysa bu cür “müalicələrin” də effekti yoxdur, tibb xidmətinin məqsədi tutmanın qarşısını almağa yönəməlidir.
8. Əgər xəstə epileptik komadadırsa (dərin patoloji yuxu) və ya diaqnozda şübhə varsa xəstə təcili nevropatoloqla məsləhətləşdirilərək reanimasiya şöbəsinə yerləşdirilməlidir. Mümkün qədər müalicə həkiminin fikri alınmalıdır.
Epilepsiyaya tutulan xəstə və xüsusən yaxınları tutmalarla əlaqəli ətraflı, ardıcıl olaraq maarifləndirilməlidirlər.
Epilepsiyanın erkən və düzgen müalicəsi xəstənin yaşama və yaratma qabiliyyəti üzərində xəstəliyin mənfi təsirini azaldır. Əgər xəstələr müasir elmi tələblərə cavab verən səviyyədə müalicə alsalar xəstələrin yarısından çoxunda sağalma və yaxşılaşma olur, əksəriyyətində tutmaların ağırlığı və tezliyi azalır. Tutmalar nə qədər sıx olarsa müxtəlif fəsadlar, nevroloji və psixiki pozğunluklar da o qədər çox əmələ gəlir. (May 2009) 

Hiç yorum yok:

Yorum Gönder