Saglamliga 4 yol

Sağlamlığa 4 yol

      Hər bir insan fərdi xüsusiyyətlərə malikdir. Bu hər şeydə olduğu kimi özünü yeməklərin     mənimsənilməsində də göstərir. Çox sadə bir misal, yaxşı qida maddəsi olan südü 10 nəfərə versək və müşahidə aparsaq, görərik ki, 5-i özünü yaxşı hiss edirsə, 2-sinin qarnı köpür, 1-ində ishal əmələ gələr. Yəni insanlar nə qədər bir birinə bənzəsə də (hamının bir başı, 2 əli, 2 qıçı var), amma, mikro səviyyədə bir birinə tam bənzəyən insan yoxdur.  Bu ona bənzər ki, kənardan bir böyük ağacı seyr edərkən onun yarpaqlarının hamsının   eyni olduğu təsəvvürü yaranır. Ancaq yaxından incələdikdə tam birbirinə oxşayan iki yarpaq tapmaq çətindir. İnsanlarda da bunun kimi.
      Bu fərqliliyin müəyyən hissəsi irsidir. Yəni min illər boyu əcdadlarımızdan valideyinlərinizə qədər özündən əvvəlki nəsildən alınmış müxtəlif əlamət və  xüsusiyyətlər yaşadılaraq və təkmilləşdirilərək sonrakı nəslə ötürülmüşdür. Nəticədə təbiətin ən təkmil varlığı yəni bugünkü insan fomalaşmışdır.
      İnsanları fərqliliklərinə görə irq, millət, cins, yaşa görə, temperamentinə, konstitusional tipinə görə müxtəlif quruplara ayırırlar. Bunlar dan biri də AB0 sistemi adlanır. Bu sistemə görə insanlar qanlarındakı eritrositlərdə olan antigenə görə 4 qrupa ayrılırlar: I (0), II (A), III (B), IV (AB). Əgər qan ehtiyacı olan birisinə uyğun olmayan qan köçürülərsə çox ağır fəsadlar verər. 
      Son illər genetikanın inkişafı ilə genlərin bir çox sirləri aşkarlanmış, tam gen xəritəsi tərtib edilmişdir. Araşdırmalarla məlum olmuşdur ki, irsi ötürülən qan qrupu ilə ilişkili olaraq bir çox xüsusiyyətlər valideynlərdən övlada verilir. Aparılan tibbi müşahidlər və elmi təcrübələr göstərir ki, taleyimizi müəyyən edən və bir fərd olaraq yalnız bizə xas olan bu xüsusiyyətlərə uyğun yaşasaq və qidalansaq daha sağlam və uzunömürlü olarıq.
     Amerikan nütropatı (təbii vasitələrlərə, xüsusilə düzgün qidalanmaya əsaslanaraq müalicə edən həkim, başqa sözlə həkim dietoloq Piter D’Adamonun atasının və sonralardan öxünün uzun müddətli müşahidə, tibbi araşdırmalara və təcrübəsinə əsəaslanaraq qan qruplarına uyğun qidalanma və yaşama tərzi ilə əlaqədar yaratdığı təlim ABŞ və dünyada çox miqdarda insan tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu təlimə görə qan qrupları insanın  filogenetik inkişafının müxtəlif evolyusiya mərhələlərində xarici təsirlərə uyğunlaşaraq yaranmışdır və sonrakı nəsillərə ötürülmüşdür.         
      Belə ki, I (0) qrup insanın evolusiyasının ilk mərhələsində (təxminən 40 000 il əvvəl)  yaşam uğrunda ağır mübatizə şəraitində vəhşi həyat tərzi, sıx və zəngin meşələrin olduğu dövrdə, əsasən ətlə qidalanma ilə əlaqədar formalaşmışdır. Bu qan qrupuna məxsus olan insanları “ovçular” adlandırırlar. Bu qan qrupuna məxsus insanların mədələri ət yeməyə     uyğunlaşdıklarından mədə şirəsi yüksək olar. Belə sərt yaşam və qidalanma tərzi onların xarakrterlərinə də təsir etmişdir. Bu insanlar enerjili, mübariz hətta qəddar olurlar,   immun sistemləri güclü olur.               
      II (A) qrupun formalaşması meşələrin və oradakı heyvanların azalması, əhalinin sürətlə çoxalması ətlə qidalanmanı çətinləşməsi  nəticəsində oturaq həyat tərzinə keçməsi, yəni əkinçiliyin inkişafı ilə bağlıdır. Bu qrup  “əkinçi“ adlanır. Onların mədə bağırsaq sistemi daha çox bitki mənşəli qidaları mənimsəməyə uyğundur. İmmunitetləri daha təkmildir, infeksiyayalara    qarşı mübarizə qabiliyyətləri yüksəkdir. Özləri isə daha çox psixososioloji uyumlu, intellekte üstünlük verən olurlar.   
        III (B) insanın daha yaxşı məskən axtarmaq üçün köç mərhələsi ilə əlaqəli formalaşmışdır, ona görə onlara “köçəri”  deyirlər. Onlar müxtəlif iqlimə və yeməklərə daha tez alışmaq qabiliyyətinə malikdirlər. Təmkinli və işbazdırlar. Məsələn, III qrup insanlar ABŞ əhalisinin  9 %-ni, milyonerlərin  isə 30-40 %-ni təşkil edirlər.                                                                   
      IV (AB) 1000 il ərzində müxtəlif qan qruplarından olan insanların qarışıq nigahları nəticəsində yaranmış və   “müəmmalı” adalanır. Bu qrup dünyada insanların  2-5%-ni təşkil edid, hələ tam formalaşmamış və buqələmun kimi dəyişgəndir.  Ünikal immunitetə sahibdirlər, III (B) qrupdakı kimi genetik olaraq heyvan zülalına tələbat yüksək, amma II (A) da olduğu kimi mədədə turşuluq və bağırsaqda qələvi fosfataza azdır.  Onlar fiziki dözümlü, müxtəlif ətraf mühitə adaptasiya ola bilən, intuitiv, hadisələrə qeyri ənənəvi yaxınlaşma qabiliyyətinə malik, asılı olmağa qarşı mübariz, konfilikt törətməyə meyilli (bunun səbəbi isə bir tərəfdən öz fikirlərini digərlərinə qəbul etdirmə, digər tərəfdən hamı tərəfindən sevilmək istəyi), çox zaman mübahisədə uduzan, bir qədər tənbəlliyə meyilli olurlar. Bu qan qrupuna məxsus insanlar onkoloji xəstəliklərə, nevroz və depressiya kimi xəstəliklərə tutulmağa meyillidirlər. Bu təlimin dünyada xüsusən Amerikada, Rusiyada çox populyar olmasına baxmayaraq, elmi tibbdə hamı tərəfindən qəbul edilməmişdir. Ancaq, müəllif fikirlərini əsasən elmi kəşflərə və məntiqə dayanaraq əsəslandırır. Məncə, D’Adamo təlimi ənənəvi (yəni xalq təbabətı, alternativ tibb) tibblə klassik (müasir) tibbi yaxınlaşdırma və ya birləşdirmə cəhdidir. Cəzbedici tərəfi isə insanı məhz bir fərd olaraq dəyərləndirməsi və önəm verməsidir. Nəticədə on minlələrlə adam bu metoddan istifadə etmiş və öz müşahidə və təəssuratlarını həmçinin çox yaxşı fayda gördüklərini müəllifə göndədikləri məktublarında yazmışdır.
  Aşağıda verilən tərtib etdiyimiz sxemdə məqsədimiz bu metodun istifadəsini asanlaşdırmaq yəni daha  praktik hala gətirmək olmuşdur. Sxemlərdə qan qrupuna uyğun olaraq hansı qidaların faydalı, hansıları neytral və hansıları yedikdə bizi zəhərlədiyi (əzələlərdə ağrılar, köklük, mədə bağırsaq pozulmaları və s.) göstərilmişdir. Ancaq nəzərə almaq vacibdir ki, 4 qan qrupu insanın bütün müxtəlifliyini əks etdirməz, qan qruplarının bu gün müəyyənləşdirilmiş 130 yaxın alt qrupları (rezus mənfi ya müsbət yaxud sekretor ya nonsekretor kimi) müəyyənləşdirilmişdir. Bunların da yediyimiz qidaların mənimsəməsində böyük rolu var. Əlavə olaraq  hər bir insanın alışqanliği, qidaların hazırlanması və bu kimi bir çox səbəblər də qidaların  mənimsənilməsində təsirsiz deyil. Bütün bunlara görə bu müalicə metodu çox yaxşı effekt verdiyi kimi, təsirsiz də ola bilər. Ona görə səmərəli müalicə üçün öz üzərinizdə müşahidə aparıb, nəticələri qeyd edin. Yəni sağlamlığın qızıl qaydalarından biri olan  “Insan gərək özü özünün doktoru ola“ prinsipinə əməl edin. Lazım gələrsə Sizə çox yaxşı və ya pis təsir edən qidalar ilə əlaqədar əlaqə yarada bilərsiniz.
  
I (0) qan qrupuna malik insanlar üçün  r e j i m

 Ü m u m i    məsləhətlər:

- Siqaretdən uzaq durun.
- Fiziki gərginlik tələb edən bədən tərbiyəsi ilə məşğul olun.
- Sresdən qorunun.
- Ayaq üstu yemək yeməməyə çalışın.
- Plana uyğun işləməyə çalışın.
- Yeməklə birlikdə çox maye içməyin.
- Zülalla (ət, balıq və s.) birlikdə nişasta (kartof, çörək və s.)  yeməyin.
  
Q i d a l a n m a   rejimi  
  
F a y d a lı   qidalar
N e y t r a l  qidalar
Z ə r ə r l i    qidalar
-mal və qoyun ətləri
-qara ciyər         
-zeytun yağı      
-artof, kələm                 -soğan, bibər, turp  
-balıq(nərə,durna)  
-ispanaq, kərəviz
-boranı (tumu da)          -cəviz,əncir, banan 
-gilənar, almaxara          -yaşıl çay          
-qazlı su
-çörək (əsasən kəpəkli)                            
-düyü, maş, qarabaşaq       
-ət (quş, keçi, balıq)                       -yumurta, kərə                               -şəkər, bal, şokolad                       -göbələk, çuğundur 
-kök, badımcan, kələm 
-ərik, armud, səftəli, nar
-üzüm, qovun, qarpız, heyva
-tut, çiyələk, xurma                       -pamidor, turp, bibər 
-badam, fındıx, , küncüt                -limon, qreypfurt, ananas
-bibər, sarımsaq, zəfəran

- kofein (qara çay, kofe)
-ağ un məmulatları                         -şəkər, sirkə, qara zeytun               -pendir, qatıx, keçi südü                -alkoqollu içkilər                           -qara çay, qazlı içkilər                   -kartof, soğan, xiyar 
- günəbaxan yağı                           -qarğıdalı, maş, mərcimək              -göbələk, donuz əti                        -apelsin,  mandarin                        -şabalıd, yer fıstığı                         -dondurma


II (A)  qan qrupu üçün
Ü m u m i    məsləhətlər:
  
   - Siqaretdən uzaq durun.                                                                                                       
   - Səhərlər daha çox həm də zülallı yeməklər yeyin, axşamlar isə az.                 
   - Yeməyi yaxşıca çeynəyin və yeməklə birlikdə çox maye içməyin.
   - Zülalla (ət, balıq və s.) birlikdə nişasta (kartof, çörək və s.)  yeməyin.
   - Özünüzə ciddi reyim yaradın, saat 23-dən gec yatmayın, səhər oyanan kimi yataqdan qalxın.
   - Əsəblərinizi sakitləşdirmək üçün gözləriniz qarşısında təbiət səhnələri canlandırın.                
   - Əsəbiləşəndə yeməməyə çalışın.   
                                                
                                                   Q i d a l a n m a   rejimi

      
F a y d a lı  qidalar
N e y t r a l qidalar
Z ə r ə r l i   qidala
- çörək (buğda), düyü
- maş, mərcimək
- hinduşqa əti
- zeytun yağı, ərinmiş yağ, xama
- təzə balıq (alabalıq)
- kök, soğan, sarımsaq
- boranı (tumu da)
- ərik, gilas, gilənar              
 - gavalı, qarpız
- ananas, qreypfurt, limon
- cəviz, yer fıstığı
- qırmızı şərab
- kərəviz, bibər
     - yaşıl çay

- toyuq, qoyun (quzu) əti         
- keçı südü, pendiri                 
- yumurta                                
- balıq (durna, nərə)                 
- qarabaşaq                             
- ərik, alma, armud, nar, üzüm  
- səftəli, heyva, tut, qavın         
- çiyələk, xurma, kivi                 
- zeytun, göbələk                      
 - xiyar, çuğundur, turp             
- şəkər, şpkalad, bal                 
- fındıx, badam, şabalıd           
- şüyüd, nanə, zəfəran

- mal, donuz, keçi ətləri            
- inək südü, kərə, pendir           
- kartof, kələm, badımcan        
-  pamidor, bibər                     
- qarğıdalı və günəbaxan             - balıq kürüsü                                - banan, apelsin                       
- qara çay, qazlı,  içkilər           
- tünd alkoqollu içkilər

                                                                                              
 
III (B)  qan qrupu üçün
Ü m u m i    məsləhətlər:                                                                                                                                                                                                                                                                       
- Əsəblərinizi sakitləşdirmək üçün vizualizasiya ilə məşğul olun, yəni gözləriniz qarşısında xüsusən əvvələr siz xoş təsir bağışlamış təbiət səhnələrini canlandırın.                                                                                           - Ac qalmayın, gündə 5-6 dəfə yemək yeyin və yeməklə birlikdə az maye qəbul edin.                                                                                                                                                                             - Zülalla (ət, balıq və s.) birlikdə nişasta (kartof, çörək və s.)  yeməyin.                                                                                                                                                                                              - Saat 23-dən gec və 8 saatdan az yatmayın.                                                                                                                                                                                                                                           - Sosyal aktiv olun (dərnək, kulub, iş yerinizdə).                                                                                                                                                                                                                                    - Səmimi olmağa çalışın  

Q i d a l a n m a   rejimi
  
F a y d a l ı   qidalar
N e y t r a l   qidalar
Z ə r ə r l i  qidalar
- çörək (buğda)                     
- qoyun, keçi    ətləri              
- keçi südü, pendiri                 
- qatıx, kefir                            
- zeytun yağı, ərinmiş yağ       
- balıq (nərə, durna)               
- göbələk                               
- cəviz, ərikqurusu                      - kök, çuğundur                     
- gavalı, qarpız, üzüm             
- kələm

- mal, hinduşka  ətləri                           - süd, pendiri, yağ, şor, xama                   -yumurta                                               - balıq (qızılbalıq, karp, kefal)               - balıq yağı və kürüsü                           - şəkər, şokalad, bal                              - düyü, maş, yaşıl noxud                      - boranı və  qarğıdalı tumu                   - apelsin, banan, limon                           - kartof, ispanaq, xiyar                          - soğan, sarımsaq                                  - ketcap, mayonez, sirkə                       - tut, ərik, alma, gilas, gilənar               - heyva, qavın, əncir, çiyələk                      - badam,  şabalıd, xurma                       - pivə, şərab                                          - reyhan, dəfnə yarpağı



- toyuq və donuz ətləri                                - pamidor, maş, mərcimək                     - yumurta (ördək, qaz)                             -qarğıdalı, günəbaxan                               -zeytun, turp, bibər                                   -balıq (forel, hamsi, xanı, ağ)                  -nar, yer fıstığı, küncüt, püstə                 -qara çay                                                  -qazlı və tünd alkoqollu içkilər

IV (AB)  qan qrupu üçün
Ümumi  məsləhətlər:   
    - Siqaret çəkməyin.
   - Səhər nisbətən çox olmaqla, gündə 4-5 dəfə, az az, rejimlə yeyin.
   - Yeməklə birlikdə çox içməyin.
   - Zülalla (ət, balıq və s.) birlikdə nişasta (kartof, çörək və s.)  yeməyin.
   - Bədən tərbiyəsi ilə məçğul olun, plana uyğun işləməyə çalışın.
   - Rəqabət və mübahisələrdən qaçın.
   - Xeyriyəçiliklə məşğul olan ictimai və kollektiv fəlaiyyət Sizi rahatladar.
   - Vaxtaşırı tək qalmağa və kimsədən asılı olmayan işlərlə (təmizlik, bostan işi, yaradıcılıq, bədən bərbiyəsi və s.) məşğul olmağa çalışın.
   - İşlərkən bədən tərbiyəsi fasilələri edin.




Q i d a l a n m a   rejimi
 
F a y d a l ı   qidalar
N e y t r a l   qidalar:
Z ə r ə r l i  qidalar
-çörək (buğda), düyü                         -yumurta (əsasən ağı)                               -balıq (qızılbalıq, skumbriya)             - hinduşqa əti (qara)                           - keçi südü, qatıq, pendir                   -xama, ərinmiş yağ                              -zeytun yağı                                        -xiyar, sarımsaq, kök                            -çuğundur                                          - cəviz, şabalıd                                          - üzüm, gilas, əncir, qarpız                 - ananas, kivi, limon                            - yaşıl çay

- qoyun (quzu), keçi ətləri                                - mayonez                                                         - balıq kürüsü və yağı                                       - ağ maş (qabıqlısı da)                                        -mərcimək                                                         - bal, şokolad                                                    - kök, pamidor, badımcan                                - kartof, boranı                                                 - alma, armud, ərik, üzüm    -səftəli, tut, qovun                 - zeytun,badam                                                 - şərab                                                                - reyhan, şüyüd, kəklik otu 




- toyuq, mal, donuz ətləri   - kofein (qara çay, kofe)     - tünd içkilər və pivə            - qazlı içkikər                      - süd, kərə                           - günəbaxan, qarğıdalı        - qarabaşaq, qara maş          - turp, bibər                         - duzlu xiyar, sirkə, ketçap                                           - nar, heyva, almaxara         - banan, apelsin                   - fındıx, xurma                           -aloe     






Qeyd:  Hər halda anlamışsınızdır. Ama olsun, təkrarada fayda var. Bu cür cədvəl şəklində  və ümumi hissəni təkrarlamaqda məqsədim odur ki, özünüzə aid olan hissənin üzünü asanlıqla çıxarıb istifadə edəsiniz, yəni həmişə cibinizdə olsun. Çünki, bunu təkcə  oxumaqla yox  uzun müddət istifadə etdikdə müsbət nəticə əldə etmək mümkündür.

Hiç yorum yok:

Yorum Gönder