Şeerlər



Cıxlımazdan “çıxış”

Həyatı anlamaq üçün çox çabaladım,
Heç fərqində olmadan altmışıma vardım.
Amma, biləmədim kimdir,
                                      nədir bu dünya,
Yaradandır yoxsa yaradılandır
                                           bu dünya.
Sanki, dünya, hərəkətdə olan bir qatar,
Kimsə tapmadı,
         Hardan gəlir?
                   Gedir hara?
Bizdən sonra qalan,
                   daim hərəkətdə olam bu qatar.

Bunları dərk etməyə
                            nə mənim,
                                      nə sənin,
                                      nə də kimsənin gücü çatar.

Enində sonunda bu fikrə gəldik biz də:
Bildiuimizlə kifayətlənək.
Çox da dərin düşünməyək.
Elə səthdə üzək.
Yoxsa bataraq boğularıq,
Öz düşüncələrimizdə.

(- Necə, necə? -Elə beləcə).
Qeyd: şeerdən başı çıxan birisinin mənim bu cızma qaralamamı oxusa (oxusa daaa…) və  “bu nə forma şeerdir?” deyə düşünsə, onu qınamam. Amma, cavabsız da qoymam: - Hər hansı bir “forma” (ən təkmil variantda belə) nə zamansa olmayıb, yəni onu kimsə yaradıb. (Amma, gerçekden mənim məqsədim nə isə bir şeer forması yaratmaq deyil, fikrimdəkiləri ifadə etməkdir. Ehtimal edirəm ki, bu sərbəstlik nə vaxtsa mənim kimi birisinin işinə yarayacaq yəni çətini asanlaşdıracaq). (Aprel 2006)



     Azadlıq və ölüm

Ey xalqım! 
             Kölə kimisən, 
                           mübarizəyə heç həvəsin görünmür,                                                                                                                                                         Açıq hava məhbəsindəsən
             ancaq ki
                         dəmirdən qəfəsin görünmür.

Azadlıq verilmir, alınır, 
                              ölüm bahasına olsa belə.
Ancaq mən ölümə getməyini deyiləm istəmiş,
Ustad “Ölümdən qorxmayan millətə ölüm yoxdur” demiş.
Ölümünə mübarizə ölüm deyil hələ
Tam tərsinə,
                yaşamaqdan ötədir belə.
Ölüm zatən qaçınılmazdır, 
                                    sən də bir gün öləcəksən.
Calış ki, o da başqalarının arzusu ilə deyil,
                                   Sənin istədiyin zamanda
                                        Amalına çatanda, 
                                                              olsun.

Yaşam türküsünün son akkordlarıdır ölüm.
Demək ki, 
              yaşamın davamıdır ölüm,
              Arzunun, 
                         amalının yaşamıdır ölüm.
Yaşamaq üçün ölümünə mübarizə etmək,
                                        əsil yaşamaq olsa gərək!
Kamikadze yarada bilən millət,
                      Heç vaxt ölməyəcək, demək!
                                                                                      (Oktyabr-Noyabr 2009, Naxçıvan)

       Seçim Arzusu

Soruşsalar məndən:
         - Nədir, ən böyük arzun?       
         - Mənə seçmə imkanı verin,
                                                 deyərdim.
Dostlar içindən dostumu,
         Öz həyat yolumu,
                   Qızımı və oğlumu,
                   Ağamı, həm də qulumu,
                            Ölümü ya da olumu,
                                               Özüm seçmək istərdim.
                                                                 (Fevral, 2010, Naxçıvan)



Mənə həsr edilən şeerlər

                                      Ələkbər həkimə hədiyə                                                                                                                                                                                                    (Xok kənd sakini Hüseynov Aban Qurban oğlundan)

Təzdən qaytardın cahana.
Sığmır dilə dahana,
Ələkbər təkin insana
Yüz yaşasam borcluyam mən.

Həkimlikdən alıb payın
Bilikdə loğmandır tayın
Xəstə diri çatsa ona
Şəfa tapıb alar payın.

Lənət olsun bəd nəzərə
Belə həkim düşməz ələ
Mənim kimi xəstələrə
Deyir ölmə, yaşa hələ.

Adı olsun ona kömək
Xəstələrə odur dirək
Aban deyir yüz yaşasın
Hər vaxt ondan xeyir görək.
                             (2003, Xök/Naxçıvan)


                                 Doktor Alekber Zeyniyev                                                                                                                                                                       (Mehmet BİBER-OZAN, Yahyalı, Kayseri/TÜRKİYE)

Beyun, omur ilik, sinir sistemi
Deva, care ozanıyım istemi.
İnşallah biz bulduk lokman hekimi.
Dertlerin çaresi, sayın ALEKBER.

Kızılaydır dertlilerin durağı
Kalplerinde merhemetin ırmağı
Beyaz bezde tam hilallı bayrağı
Hastanın devası, sayın ALEKBER.

Mehmet Biber, hediyyemdir şiirim
Hekimlerin kiymetini bilirim
Bazan ırmak olur, bazan nehirim
Dertlerin çaresi, sayın ALEKBER.

Hiç yorum yok:

Yorum Gönder