Lətifəsayağı hekayə və lətifələr


                Naxçıvandan lətifələr və lətifəsayağı hadisələr
   Ağıllı nazir
Nax. Səhiyyi naziri Respublika xəstəxanasında təzə açılmış Reanimasiya şöbəsinə baxıb çıxarkən dabançəkən olmadığından təlaşa qapılan baş həkim və şöbə müdiri köməkləşərək barmaqlarıilə bir təhər nazirin ayaqqabısını bir tayını geydirmişlər. Elə bu zamanşöbənin baş tibb bacısı dabançəkən tapıb gətirmiş. Nazir ayaqqabının tayınıdabançəkənlə geydikdən sonra o biri tayı da çıxarıb təzədən dabançəkənlə geymiş.
Nax. Resp. xəstəxanasının şöbə müdiri Zakir həkimin tələbəlik xatirəsi
 
Tələbə ikən Bakıya gələn atam mənə plaşalmaq üçün o zaman “Köhnə Univermaq” adlanan yerə götürmüşdü. Birinci mərtəbədəbir neçə plaşa baxdıq. Atam seçdiyi plaşı geydim, eynimdə pis görünmürdü. Qiyməti ucuz olduğundan atam sanki bir tapıntı tapmış kimi “Çöx yaxşı, çox yaxşı” deyib, tərifləyirdi. Amm, amən nə deyəcəyimi şaşırmışdım, çünki, anlayamadığım bir qəriblik vardı. Elə bu zaman satıcı bizə yaxınlaşdı: - Əmi, plaşı kimin üçün seçirsiniz? Atam bir az da sərt tonda: - A bala görmürsən uşağa alıram? Satıcı bir az təəccüb bir az da kinayə ilə: - Əmi, elə mən gördüyüm üçün deyirəm, axı bura qadın şöbəsidir. Sanki, başıma isti su tökdülər. Ətrafdakıların maraqla baxışları altında plaş da əynimdə atamlaşöbəni tərk etmək istəyirdim ki, satıcı qolumdan tutub nəzakət ama, kinayə ilədedi: - Cavan oğlan, görürəm ki, “plaş çox xoşuna gəlib”. Ama, gərək ya pulunu verəsən, ya da plaşı qaytarasan.
 
Eşq qoxusu

Mozu Bakıda Dənizkənarıbulvarda təzə tanış olan oğlanla qızın söhbətinə qulaq asır. Oğlan: -Gülya ətrafdakı gül çiçəyəbax, gör nə gözəllikdir. Havadan eşq qoxusu gəlir. Sonra qucaqlaşırlar... Mozu kəndə geri gəlir. Çoxdan gözaltı etdiyi qonşu qızını çağırır baxçaya. Söhbət əsnasında Mozu: -Az Səçinə nə qəşəng havadı, hər tərəf eşq qoxuyur.
Səkinə: -Vallah mən bir şey etmədim.
Dəyişik hisslər
 
Nax. Səhiyyi naziri Ə. Mehdiyev Respublika xəstəxanasında təzə açılmış Reanimasiya şöbəsinəbaxarkən fərqində olmadan bir birinə bənzəyən kabinet və palatalara təkrar girmiş. Təəcüblə, “Palata və kabinetlər niyə bu qədər artmış?” deyə başhəkimdən sormuş. Baş həkim əvvəlcə daha çox təəcüblənmiş (nazirin halına), sonra qorxmuş (nazirə nə deycəyini tapa bilmədiyindən), sevinmiş (nazir getdikdən sonra).
           Çox ver, alım

Ana: -Oğlum sənəbir az pasta veriim?
-Yox, istəmirəm.
-Niyə, axı sen pastanı çox isterdin?
-Sən "bir az verim", deyirsən, axı
 
            Etiraz
 
Uşaq: -Ana, qardaşım niyə ağlayır?
Ana: - Dişçıxarır.
-Dişinin çıxmasınıistəmir?
 
           Arxaya etibar
Mozu evə gec və əli boş gəlir. Atası soruşur ki, bala, niyə gec gəldin? Oğlan, ilk maaşını aldığını, bazara gedib alış veriş etmək istədiyini, ancaq şalvarın arxa cibinə qoyduğu pulunun oğurlandığından heç nə alabilmədiyini söyləyir.
Qəzəblənən ata:
- Bala, arxasına etibar edənin halı elə belə olar.
       Dindarın öhdəsindən imanlı gələr  

Molla Heydərəli oturub durub siqənin fayda və savabından danışır.               Bunlara çox qulaq müsafiri olmuş arvadı Fatmanisə ərinə deyir:                     -Ay Heydər, bu siqə bu qədər yaxşı şeydir, niyə məni boşayıb özünə siqə etdirmirsən?
         Təəcüblü Molla

Nehrəmli Məşədi Hüsen xısıltı iləmolladan soruşur:
- Xala ilə evlənmək olaar?
Molla qaşqabağını turşudaraq, qətiyyətlə:
- Yox, yox, olmaz!
Məşədi Hüsen təəcüblə və daha yavaşdan:
- Boo, ama, mən elədim oldu.

          Xəstə“ovu”

Nax. Respublika xəstəxanasında bir xəstəqadının qarşısını kəsib,
onu müayinə etmək istəyən Mir Yusif həkim Arfin Rzayav həkimin tərs tərs baxdığını görüb:
- Elə baxma qohumumdu.
- Ayo, mənim bacım ni zamandan sənin qohumun olub da mənim xəbərim yox?
          Əşyayi dəlil

Yuxarıdan göstərişə əsasən bir müxalifətçini həbs etmək istəyən polis onun cibinə nəşə qoyub tutmaq istəyir. Lakin əvvəldən başına gətirildiyi üçün müəyyən təcrübəsi olan müxalifətçi buna imkan vermir. Polis onun üstünü didik didik arayıb cibindən köhnə bir resept tapır. Bunu bəhanə edən polis: - Sən "hapçısan", ona görə səni həbs edirəm. Bu da yanında gəzdirdiyin əşyayi dəlil. Çarəsiz qalan müxalifətçi: - Rəis, Sizin "əşyayi dəlil" məntiqinizlə, məni zinadan tutuklasanız daha inandırıcı olar.

          Haqlı heyrət
 
Naxçıvana gəzməyə gələn bir ingilis "Taxta sexi", "Derzi sexi" kimi bir bir çox tabela görmüş.“Sexi” sözünü seksi kimi başa düşmüş və “bunlarda ne chox seks novu varmish”deye heyrətlənmiş.
 
         Cinayət və cəza
 
Nəsir kişi bilmədən ayağını çanaq belin ucuna basır, belin sapı qalxıb onun başına dəyir. Az qala huşunu itirən Nəsir kişi hirsindən nə edəcəyini bilmir və üzünü belə tutub “Beləsən ki, tutub sənəağac soxublar da...” deyir.
 
         Müəllimi peşman etdi
 
Müəllim: - Dadaş, dünən niyə dərsəgəlməmişdin?
- İnəyimizi aparmışdım kələnin yanına.
- Bala, bu işi atan etsəydi olmazdı?
- Müəllimim, vallah dedilər ki, kələetsə yaxşıdır.
          Hesabını bilən doktor                                                                                                                                   
  Bir psixiatr daha təcrübəli həmkarından soruşur:
- Sən niyə hamıdan səhər yeməyində nə yediklərini soruşurşan.                     - Nə yediklərini öyrənərək, mənə verə biləcəyi pulu hesablamaq üçün.
         Mədə Ağrısı.

Təcili xəstəxanaya gətirilən Nəsir kişini rentgendə müayinə edərkən qarnında xeyli çay qaşığı olduğu görünür. Həkim təəcüblə soruşur: -Bu qədər çay qaşığı sənin qarnnda nə gəzir? Nəsir kişi: -Nə bilim, bir ay bundan əvvəl həkim mənə dərman yazdı və dedi ki, gündə bir qaşıq udum, mən də yekəsini uda bilmədim bunları uddum.

         Sakitliyi sevən həkim

Çox danışan xəstə: -Həkim, nəüçün mənə dilimi çixartmağı buyurdunuz, amma ona heç baxmadiniz?       Həkim: -Sadəcə olaraq ressepti sakitlikdə yazmag istəyirəm.

         Çox ver, alım

Ana: -Oğlum sənə bir az pasta veriim?
-Yox, istəmirəm.
-Niyə, axı sen pastanıçox isterdin?
-Sən "bir az verim", deyirsən, axı 
          Etiraz
Uşaq: -Ana, qardaşım niyə ağlayır?
Ana: - Diş çıxarır.
-Dişinin çıxmasını istəmir? 

Hiç yorum yok:

Yorum Gönder